Yanğınla bağlı Binəqədi şossesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.
**
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Senzor.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
**11:45
Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
DİN Nəqliyyat İntelektual İdarə Etmə Mərkəzindən Senzor.az-a verilən xəbərə görə, sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir.