Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub - YENİLƏNİB

Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub.


Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Hikmət Abbasov deyib.


O, hazırda məhdudlaşdırılan yanğınla bağlı bəzi detalları açıqlayıb.


Xidmət rəisi deyib ki, saat 14:14 radələrində yanğınsöndürmə hissəsinə ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub, saat 14:21-də Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və şəxsi heyəti yanğın olan əraziyə çatıb.


Onun sözlərinə görə, hadisənin çətinliyi, havanın küləkli olmasını nəzərə alaraq iki nömrəli yüksək çağırış elan olunub və Bakı qarnizonunun əsas qüvvələri hadisə yerinə cəlb olunub. Amma təyyarə və helikopterlərin hava şəraiti ilə əlaqədar qaldırılması mümkün olmayıb.


H.Abbasov hazırda ərazidə 15-dən artıq texnika və 80-ə yaxın şəxsi heyətin yanğının söndürlüməsində iştirak etdiyini açıqlayıb.


Xidmət rəisi bildirib ki, yüksək gərginlikli 35 min kilovatlıq elektrik xəttinin ərazidən keçməsi yanğının söndürülməsi işlərini çətinləşdirib.


O, həmin xətlərin mühafizə olunduğunu bildirib:


"Bununla yanaşı ərazidən keçən neft və qaz xəttləri mövcuddur. Onlar da yanğın ərazisinə bilavasitə yüklənib. Tərəfimizdən həmin xəttlər mühafizə edilir. Ərazidə "Lukoil", "Azpetrol" və "SOCAR"ın yanacaq çənlər parkı yerləşir. Biz əraziyə çatanda vəziyyət o qədər mürəkkəb idi ki, həmin çənlərə yanğının keçmə ehtimalı yüksək idi. Yanacaq daşıyan avtomobillərin hadisə yerində olması isə ciddi problem yaradırdı. 18 ədəd həmin yanacaq daşıyan maşınlar yanğından mühafizə olunub. Yalnız bir neft daşıyan yanacaq avtomaşını yanğın nəticəsində partlayıb".

**

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.


**

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın məhdudlaşdırılıb.


Bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general Hikmət Abbasov deyib.


Onun sözlərinə görə, hazırda soyutma işləri davam etdirilir.


Xidmət rəisi bildirib ki, yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.


**

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Ərazidə yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft boru kəmərləri və yaşayış evləri üçün yaranmış təhlükə havanın küləkli olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində aradan qaldırılıb.


Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


**15.51

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğınsöndürmə işləri davam edir.


Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da gəlib.


**14:55

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazi yanır.


Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.


Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Əlavə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.