Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Corolla"markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarında olan ağaca sonra isə işıq dirəyinə çırpılıb.
Qəza zamanı bir nəfər - 1989-cu il təvəllüdlü Emil Abdullayev hadisə yerində ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.