Avqustun 5-də axşam Təl-Əvivdə naməlum şəxs yoldan keçənlərə atəş açıb.
Senzor.az bildirir ki, bu barədə “Detali” nəşri məlumat yayıb.
Qeyd olunub ki, iki təhlükəsizlik əməkdaşı şübhəli davranan bir şəxsi görüb və yoxlamaq üçün ona yaxınlaşıb. Amma o, silahını çıxararaq mühafizəçilərdən birini yaralayıb. İkincisi özünü itirməyib və cavab atəşi ilə həmin şəxsi zərərsizləşdirib.
HƏMAS terror aktını alqışlayıb. “İslami Cihad”ın rəhbərliyi Təl-Əvivdəki terror aktının “Cenin batalyonu”nun yaraqlısı, 27 yaşlı Kamal Əbu Bəkr tərəfindən törədildiyini açıqlayıb.
NEWSru.co.il qeyd edir ki, “Cenin batalyonu” “İslami Cihad”ın hərbi qanadı olan “Əl-Qüds Briqadaları”nın bir hissəsidir.
Nəşr vurğulayıb ki, Kamal Əbu Bəkr İsrailə qeyri-qanuni yolla gəlib. İstintaq onun bu gün hüquq islahatı əleyhdarlarının kütləvi aksiyasının keçirildiyi Kaplan kəsişməsi ərazisinə getmək niyyətində olduğunu istisna etmir.
Senzor.az