Çinin şərqindəki Şandun əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, yeraltı təkanların ocağı Tayçjou şəhərinin Pinyuan qraflığında 10 km dərinlikdə olub.
Nəticədə 126 bina dağılıb, 21 nəfər yaralanıb. Çin Dəmir Yolları bəzi qatarların hərəkətini dayandırıb.