Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Yerli KİV-in məlumatına görə, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.
"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı Çığatel də xəsarət alıb.
Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.
Qeyd edək ki, qəzada ağır xəsarət alan Ayaz Qasımov şairə Çığatelin oğlu, həyatının itirən azyaşlı isə nəvəsidir.
**13:13
Salyan rayonunda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.
2018-ci il təvəllüdlü Həsənli Ağakərim Təbriz oğlu, 2014-cü il təvəllüdlü Həsənli İsmayıl Təbriz oğlu, 1960-cı il təvəllüdlü Həsənova Nəzakət Xeyrulla qızı, 2012-ci il təvəllüdlü Qasımova Cığatel Ayaz qızı, 2022-ci il təvəllüdlü Həsənli Zəhra Təbriz qızı, 1996-cı il təvəllüdlü Həsənova Fatma Ceyhun qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.