Türkiyədə Mərmərə dənizindəki Derincə ticarət limanında baş verən partlayış nəticəsində 16 liftdən 13-ü zədələnib, qəza nəticəsində ən azı 12 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Kocaeli şəhərinin bələdiyyə sədri Tahir Büyükakın deyib.
"Partlayış nəticəsində 12 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır. Həmçinin, 16 liftdən 13-ü zədələnib", - o deyib.
**17:19
Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda baş vermiş partlayışda xəsarət alanların sayı artıb.
TRT xəbər verir ki, Kocaeli valisi Seddar Yavuz bildirib ki, yaralıların sayı 10-a çatıb.
Bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Dağıntılar altında qalan yoxdur.
Derince bələdiyyə sədri Zeki Aygün partlayışın taxıl anbarında baş verdiyini bildirib.
O, sıxılmanın partlayışa səbəb olduğunu vurğulayaraq, hazırda yanğının olmadığını qeyd edib. Zeki Aygünün sözlərinə görə, xəsarət alanlar artıq xəstəxanaya çatdırılıb.