Bu gün yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 4 olan zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Saatlı və Beyləqanda hiss olunub.