Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.
"Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb", - nazir vurğulayıb.
Onun sözlərinə görə, səlahiyyətli qurumların əməkdaşları ərazidə araşdırmaları davam etdirirlər.
**22:29
Türkiyənin Malatya vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.