Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 10 dəqiqə ərzində ard-arda iki zəlzələ qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunur ki, ilk zəlzələ 4,8, ikinci dəfə isə 4,5 bal gücündə qeydə alınıb.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat verilməyib.