İranın Şiraz şəhərindəki Şah Çərəx məbədində törədilən terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Fars əyalətindəki qüvvələrinin komandiri Yadollah Bueli məlumat verib.
Onun spzlərinə görə, daha 10 nəfər yaralanıb.
Məlumata görə, hücum iki silahlı tərəfindən təşkil edilib. Onlardan biri artıq həbs edilib. İkincisi isə təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyə davam edir. Hazırda kompleks mühasirəyə alınıb.
Qeyd edək ki, Şah-Çərəx məbədi Şiraz şəhərinin əsas görməli yerlərindən biridir. 14-cü əsrdə tikilib.
**20:58
İranın Fars vilayətinin Şiraz şəhərində Şah Çərəx məbədində terror aktı törədilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, terror aktı nəticəsində 4 nəfər həlak olub.
Qeyd olunub ki, terrorçulardan biri saxlanılıb, digəri isə qaçmağa müvəffəq olub.
Hazırda məbəd mühasirəyə alınıb, bütün ətraf ərazi hüquq-mühafizə qüvvələrinin nəzarəti altındadır.
Qeyd edək ki, sözügedən ziyarətgaha ötən il oktyabrın 26-da da terror hücumu həyata keçirilmişdi. O vaxt 15 nəfər həlak olmuş, 45 nəfər isə yaralanmışdı. Hücum edənlərdən biri elə həmin gecə yaxalanmış, digərləri daha sonra saxlanılmışdılar. Bu ilin may ayında həmin cinayətdə iştirak edənlərdən ikisi barəsində ölüm hökmü çıxarılıb.
Senzor.az