Hindistanda 5,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 55 min nəfər əhalisi olan Kərimqanc şəhərindən 18 kilometr şimal-qərbdə yerləşib. Ocağı isə 10 kilometr dərinlikdə olub.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.