Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
**14:31
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Senzor.az-a verilən xəbərə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.