Azərbaycanda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində baş verib. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan artıq, yaxın ətraf rayonlarda (Beyləqanda, Yardımlıda, Saatlıda və Lerikdə) isə 4-3 bala qədər hiss olunub.