Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin də olublar.
Senzor.az bildirir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Xilasedicilər 10 nəfərin hamısının cəsədini qalıqlar altından çıxarıblar.
Agentlik qəzaya uğrayan biznes təyyarəsinin sərnişinlərinin siyahısını dərc edib:
Sergey Poopustin
Yevgeni Makaryan
Aleksandr Totmin
Valeri Çekalov
Dmitri Utkin
Nikolay Matuseev
Yevgeni Priqojin
Ekipaj üzvləri:
Aleksey Levşin - komandir;
Rüstəm Kərimov - ikinci pilot;
Kristina Raspopova - stüardessa.
Qeyd edək ki, Utkin Yevgeni Priqojinin “sağ əli” olub. O, Rusiya Müdafiə Nazirliyinin silahlarının satışı ilə məşğul olub.
Xatırladaq ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı həlak olub.
“Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.
**21:24(23.08.2023)
Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.
Senzor.az bildirir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.
Hadisə ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) də məlumat yayıb.
"Bu gecə Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var", - deyə məlumatda vurğulanıb.