Kəlbəcərdə minik maşını dərəyə aşıb - İKİ TÜRKİYƏ VƏTƏNDAŞI ÖLÜB, BİRİ XƏSARƏT ALIB

Kəlbəcərdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

 

Ölən şəxslərin Türkiyə vətəndaşları - 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik, xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir.

 

Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.

 

Faktla bağlı araşdırma aparılır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.