DYP ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatını açıqlayıb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dünən Ucarda bir ailəyə mənsub iki sürücünün eyni yolda yol hərəkəti qaydalarını pozması, ailə başçısının həyatını itirməsi ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

BDYPİ-dən Senzor.az-a verilən məlumata görə, avqustun 27-də, saat 10 radələrində Ucar-Zərdab yolunun Qazyan kəndindən keçən hissəsində, 1956-cı il təvəllüdlü Əhədov Tahir Musa oğlu idarə etdiyi “VAZ 2107” markalı, 10-ME-212 dövlət qeydiyyat nişanlı avtomobillə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq geriyə dönmə üçün nəzərdə tutulmayan yerdən yaşadığı Qazyan kəndinə dönmək istəyərkən, “VAZ 2107” markalı, 61-BA-157 dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən oğlu - 1984-cü il təvəllüdlü Abdul Əhədovla toqquşub.

Valideynin idarə etdiyi avtomobillə yolu nəzərdə tutulmayan yerdən dönməyə cəhd edərək yaratdığı çaşqınlıq, övladın isə nəqliyyatı idarəetmə zamanı diqqətsizliyi və qarşıda gedən avtomobillə yetərincə ara məsafəsi saxlamadığı üçün təhlükədən yayına bilməməsi nəticəsində, ailə başçısı Tahir Əhədov qəzada xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.

"DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol-nəqliyyat hadisəsinin xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməyə, hərəkət zamanı diqqətli olmağa, qəfil baş verə biləcək təhlükələrdən yayınmaq üçün hərəkət zamanı qarşıda gedən nəqliyyat vasitələri ilə kifayət qədər ara məsafəsi saxlamağa çağırır. Unutmayaq ki, yol hərəkəti qaydalarını pozmaq, bəzən bərpası mümkün olmayan itkilərə yol açır!", məlumatda deyilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.