İstanbulun Arnavutköy və Başakşehir rayonlarında yağan güclü yağış bir çox fəsadlara yol açıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İstanbul Valiliyi hadisə nəticəsində 2 nəfərin öldüyünü açıqlayıb.
Arnavutköydə çox sayda ev və iş yerinin su basması xəbərilə bağlı bölgəyə çoxlu xilasetmə briqadası cəlb edilib. Digər rayonlardan da bölgəyə yanğınsöndürən maşınlar göndərilib.
Həmçinin İstanbul Hava Limanına gedən yolda gölməçələr əmələ gəlib və maşınların hərəkətində çətinlik yaranıb.
Bəzi metro stansiyaları bağlanıb.
Şəhərdə son 2 saatda 1500-dən çox şimşək çaxıb.
İstanbul valisi Davud Gül sosial media hesabında etdiyi paylaşımda insanları sel və daşqınlara qarşı diqqətli olmağa səsləyib.