Rusiya qoşunları Donetsk vilayətinin Konstantinovka şəhərindəki Mərkəzi bazara raket zərbəsi endirib. Ən azı 16 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
O bildirib ki, ölənlər arasında uşaq da var. Zərbə nəticəsində baş verən yanğın lokallaşdırılıb.
Mərkəzi bazar S-300 raketləri ilə vurulub. Ölənlər və xəsarət alanların artacağı ehtimal edilir.