Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlunun xəsarət alması barədə yerli hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Xaçmaz Rayon Prokurorluğundan Senzor.az-a bildirilib ki, araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.