Goranboyda sel yollara, əkin sahələrinə ziyan vurub
37 YAŞAYIŞ MƏNTƏQƏSİ İŞIQSIZ QALIB

Ötən gecə Goranboya yağan leysan yağışlar ciddi fəsadlar törədib.


Məlumata görə, leysan yağışlar nəticəsində rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb.


Dağlardan axıb gələn sel suları 10-a yaxın kəndin ərazisindən keçərək müxtəlif fəsadlar törədib, 37 yaşayış məntəqəsində elektrik enerji verilişində fasilələr yaranıb.


Sel suları Azad, Dəyirmanlar kəndləri ərazisində əkin yerlərinə, yeni səpilmiş yonca sahələrinə də ziyan vurub.


Rayonun Qazançı, Goranlı, Kürəkçay kəndləri ərazisində axıb keçən sel suları kəndarası yollarda çətinlik yaradıb.


Goranboyda ötən gecədən başlayan güclü yağışdan sonra yaranan sel nəticəsində rayonun Gürzallar kəndinə gedən avtomobil yolunda hərəkət dayanıb.


Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası selin fəsad törətdiyi ərazilərdə monitorinqlər aparıb, lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.