Liviyada güclü daşqınlar: 5 mindən çox ölən, 10 min itkin düşən var…
AZƏRBAYCAN XİN BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Liviyaya başsağlığı verib.

 

Senzor.az bildirir ki, bu barədə Nazirliyin "X" səhifəsində paylaşım edilib.

 

Paylaşımda deyilir: "Liviyada böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir".

 

Xatırladaq ki, "Əl-Cəzirə" telekanalının ölkənin Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, daşqınlar nəticəsində ölənlərin sayı 5,2 min nəfərə çatıb.

 

Yerli Qırmızı Xaç könüllüləri 10 000 nəfərin itkin düşdüyünü bildiriblər. Telekanalın məlumatına görə, sel nəticəsində sahilyanı Derna şəhərinin ¼-i dağılıb.

 

Onu da qeyd edək ki, daşqınlara "Daniel" qasırğası səbəb olub. Təbii fəlakət sahilyanı Cəbəl əl-Əxdar, Derna və Benqazi şəhərlərinə təsir edib. Hazırda Kirenaika əyalətinin şərqində üç ərazidə komendant saatı tətbiq olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.