İsmayıllı rayon sakini, 2006-cı il təvəllüdlü Əsmər Əbülfəs qızı İsmayıllı sentyabrın 8-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.