İstanbuldan Bakıya qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Senzor.az xəbər verir, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan DGK Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkarlanıb.
Qeyd edilib ki, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.