Astara rayonu Şəkarən kəndinə aparın yolda sürüşmə hadisəsi baş verib. Yolun bərpası üçün Lənkəran şəhərindən texnikalar cəlb olunub.
Bunu Trend-ə açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib.
A.Mahmudov qeyd edib ki, sözügedən kənddə 6 ailə yaşayır. Hazırda yolun bərpa olunması üçün işlər görülür.
"Baş vermiş hadisə ilə bağlı Su Ehtiyyatları Agentliyinə də müraciət edilib. Gələcəkdə həmin ərazidə əsaslı təmir-tikinti işləri aparılacaq", - deyə A.Mahmudov əlavə edib.