İraqın Nineva əyalətində toyda yanğın baş verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, yanğın nəticəsində azı 120 nəfər ölüb, 150 nəfərdən çox insan xəsarət alıb.
İraq mülki müdafiə qurumunun məlumatına görə, yanğın toy zamanı fişənglərdən istifadə nəticəsində meydana gəlib.
Məlumatda, həmçinin qeyd olunur ki, mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə riayət olunmayıb.