Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib.
Məlumata görə, ödənişli yolun Şabran rayonu ərazisindən keçən hissəsində baş vermiş avtoqəzada xəsarət alan Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Təhməzova Nərmin Elnur qızı paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Qeyd edək ki, avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb, onlardan iki nəfərin müalicəsi ambulator davam etdirilir.
**13:46
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yerli KİV-in məlumatına görə, "BMW" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.
Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Hər üçü Bakı şəhər sakinidir.
Faktla bağlı araşdırma aparılır.