Qazaxıstanın Almatı şəhərindən 230 km aralıda 4,6 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib. Yeraltı təkan nəticəsində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.