Əfqanıstanda qəzaya uğramış təyyarədə 4 nəfər sağ qalıb - 2 NƏFƏR ÖLÜB
YENİLƏNİB, foto

Əfqanıstanın şimalında təyyarə qəzası nəticəsində iki nəfər ölüb, dörd nəfər sağ qalıb.


Bu barədə “Reuters” yerli rəsmilərə istinadən məlumat yayıb.

**17:30

Əfqanıstanda qəzaya uğrayan təyyarədə Rusiyanın Volqodonsk vilayətindən olan sahibkar Anatoliy Yevsyukov və arvadı Anna həlak olublar.


Bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Yevsyukovlar ailəsi istirahət etmək üçün dekabrda Tailanda gediblər. Sonradan Anna Yevsyukova infeksion xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. Yanvarın 20-də ailə Anna Yevsyukovanı Rusiyaya gətirmək üçün şəxsi təyyarə sifariş verib. Tailanddan havaya qalxan təyyarə Hindistanda yanacaq doldurandan sonra Daşkəndə istiqamət götürüb və mühərrikdə yaranmış nasazlıq üzündən Əfqanıstanda qəzaya uğrayıb.

**15:14

Əfqanıstan dağlarında qəzaya uğrayan “Falcon 10” təyyarəsi Taylandın Pattaya şəhərindən Moskvaya özəl tibbi reysə gedirmiş.


Bu barədə RİA Novosti mənbəyə istinadən xəbər verir.


Pattaya kurortundan 40 km aralıda yerləşən Utapao hava limanındakı mənbə, "Bu, iki texniki enişlə Moskvaya gedən şəxsi tibbi evakuasiya reysi idi" deyib.


Mənbənin sözlərinə görə, təyyarənin göyərtəsində ağır vəziyyətdə olan rusiyalı qadın Tailand xəstəxanasından Rusiya Federasiyasına aparılıb. Onu evakuasiya uçuşunun pulunu ödəyən Rusiyadan olan iş adamı əri müşayiət edib.


Qeyd edək ki, Moskvaya uçan şəxsi təyyarənin Əfqanıstanın Bədəxşan vilayətinin dağlıq ərazilərində qəzaya uğradığı bildirilirib.

**12:15

Əfqanıstanda Falcon 10B-nin qəzaya uğramasının ilkin səbəbi iki mühərrikin texniki nasazlığı olub.


Bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.


"Təyyarənin qəzaya uğramasının səbəbi ilkin olaraq iki mühərrikdə texniki nasazlıq olub", - agentliyin həmsöhbəti bildirib.


**

Əfqanıstanda şəxsi təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq, əvvəllər iki mühərrikin - əməliyyat xidmətlərinin sıradan çıxması olub.


Bu barədə TASS məlumat yayıb.

**11:36

Əfqanıstanda qəzaya düşən Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydə alınıb.


Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.


Ehtimal edilir ki, təyyarədə 6 nəfər olub: 4 ekipaj üzvü və 2 sərnişin.


Rosaviasiya xəbər verir ki, təyyarə Qaya (Hindistan) - Daşkənd - Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirmiş.

**

Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.


Bu barədə yerli mənbələrə istinadən Aamaj News agentliyi məlumat yayıb.


Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Bədəxşan əyalətində qəzaya uğrayıb. Agentlik təyyarənin modeli və göyərtəsində olan təxmini sayı barədə məlumat verməyib.


***

Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb.


Bu barədə bazar günü yerli Tolonews telekanalı əyalətin İnformasiya və Mədəniyyət Departamentinin rəsmisi Zabihullah Amiriyə istinadən məlumat yayıb.


Hadisənin təfərrüatları barədə məlumat verilmir.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.