Donetskdə bazara hücum nəticəsində ölənlərin sayı 27-yə çatıb
YENİLƏNİB

Ukraynanın işğal altındakı Donetsk şəhərinin Tekstilşik mikrorayonuna artilleriya zərbəsi nəticəsində 27 nəfər ölüb, 25 nəfər yaralanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Pişulin Teleqramda məlumat verib.

 

“USQ-nin Donetskin Tekstilşik mikrorayonuna artilleriya atəşi nəticəsində 27 mülki şəxs həlak olub, daha 25 nəfər, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb”, – qondarma region başçısı qeyd edib.

 

Rusiya tərəfi Ukraynanı ittiham edir. Kiyev ittihamları hələlik şərh etməyib.

 

**15:52


Ukrayna Silahlı Qüvvələrinin Donetskdə bazarı atəşə tutması zamanı həlak olan vətəndaşların sayı 25-ə çatıb. Ən azı 20 nəfər yaralanıb.


Bunu Donetski separatçılarının lideri Denis Puşilin Telegram kanalında bildirib.


"Hazırda 25 nəfərin ölümü ilə bağlı məlumat təsdiqlənib. Ən azı 20 nəfər xəsarət alıb, onlardan iki uşağın vəziyyəti orta ağırdır. Zərərçəkənlərin hamısına lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralananlar var”, - məlumatda deyilir.


**14:43


Donetskin Kirovski rayonunun Ukrayna hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.


RİA Novosti-nin telegram kanalı xəbər verir ki, bunu şəhər meri bildirib.


**13:28


Donetskin Tekstilşçik mikrorayonunda bazarın Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azı 13 nəfər ölüb, daha 10 nəfər yaralanıb.


Bu barədə Donetsk separatçılarının lideri Denis Puşilin Telegram kanalında bildirib.


"Donetsk Tekstilşik mikrorayonunda bazarın atəşə tutulması nəticəsində ilkin məlumatlara görə, azı 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Bazar ən çox izdihamlı olduğu bazar günü hücuma məruz qalıb", - Puşilin yazıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.