Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Füzuli Kərimovu avtomobil vurub.
Piyada müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alan F.Kərimov uzun müddət “Azərbaycan Dəmir Yolları” QSC-nin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olub.
Faktla bağlı araşdırma aparılır.