Çin və Qırğızıstan sərhədində güclü zəlzələ qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Özbəkistan Respublikasının Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Çin sərhədində olub, yeraltı təkanların gücü 7 bal olub.
Daşkəndin özündə isə zəlzələnin gücü 3 bal olub.
Zəlzələ Əndican, Fərqanə və Namanqan rayonlarında da hiss olunub.