Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.
"Report"un məlumatına görə, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıblar.
Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.