Tehranda yerləşən xəstəxanada yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə yanğınsöndürmə xidməti və paytaxtın təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Mələki məlumat verib.
Belə ki, yanğın xəstəxananın bir neçə mərtəbəsini əhatə edib. Hadisə eyniadlı küçədə yerləşən Qandi adına tibbi müəssisədə yaşanıb.
Bildirilib ki, İranın xilasetmə xidmətləri hadisə yerindədirlər.
Hadisənin səbəbləri və mümkün tələfat barədə məlumat verilmir.