"Azəriqaz": Yasamal rayonu ərazisində qazın verilişi təmin olunub
YENİLƏNİB, FOTO


Bakının Yasamal rayonu ərazisində yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olunub və problem aradan qaldırılıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildiriib ki, Yasamal rayonu ərazisinə qazın verilişi təmin olunub: "Ola bilsin ki, təzyiqlə bağlı lokal problemlər yaşansın. Bu da onunla bağlıdır ki, təhlükəsizlik qaydalarına uyğun olaraq birdən-birə yüksək təzyiqli "mavi yanacağı" boru xətlərinə vermək doğru deyil. Əməkdaşlarımız təzyiq məsələsini də mütəmadi olaraq diqqətdə saxlayacaqlar”, - məlumatda qeyd olunub.

 


**14:24


Bakının Yasamal rayonunda Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verən qəzanın nəticələri aradan qaldırılır.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildrilib ki, yaranan problemlə bağlı əraziyə dərhal İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub.

 

"Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək" - məlumatda vurğulanır.

 

Qeyd edək ki, ötən gündən bəri sözügedən ərazidə qaz xəttində yaranmış problem səbəbindən əhali qazsız qalmışdı...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.