İstanbulda kilsədəki silahlı insidentlə bağlı 50-yə yaxın şəxs saxlanılıb - YENİLƏNİB, VİDEO

Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Maria” kilsəsində baş verən silahlı insidentlə bağlı 50-yə yaxın şəxs tutulub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya keçirdiyi mətbuat konfransında deyib.

 

“Mən bildirdim ki, cinayəti törədənlər tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunacaqlar. Polis qüvvələrimiz gün ərzində 30 müxtəlif ünvanda reyd keçirib, 47 nəfər saxlanılıb. Qətl törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik, digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür.

 

İstanbulumuz əsrlərdir müxtəlif din və məzhəblərə ev sahibliyi edir. Biz heç vaxt terrorçulara və onlarla əməkdaşlıq edənlərə dözməyəcəyik. Bir daha mərhum vətəndaşa, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biz hər cür terrora qarşı əzm və qətiyyətlə mübarizə aparırıq”, - deyə o bildirib.


**00:54


Türkiyənin İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən hər iki şəxs saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumat verib.

 

“Bu səhər Sarıyer “Santa Maria” Kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

 

Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”, - paylaşımda deyilir.

 

**22:55 (28.01.2024)


Türkiyə polisi İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən iki nəfərdən birini saxlayıb.

 

Bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

 

Qeyd edək ki, hadisə bu gün yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Maria” kilsəsində bazar ibadəti zamanı baş verib.

 

Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni pisləyiblər.

 

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya cinayətkarların saxlanılması istiqamətində İstanbul Valiliyi, Polis və Kəşfiyyat təşkilatları başda olmaqla ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib.

 

**14:13


Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.

Bu barədə “Haber Global” xəbər verir.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.