Bank kartından 15 min manat oğurlayaraq ölkədən qaçmaq istəyən şəxs aeroportda saxlanılıb
video

Sosial şəbəkə vasitəsilə vətəndaşın bank kartından 15 min manat oğurlayaraq ölkədən qaçmağa çalışan şəxs saxlanılıb.

Senzor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, su polisləri xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü, Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla əldə etdiyi müəyyən olunub.

Vurğulanıb ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxsin əraziyə atdığı 1 "Kalaşnikov” markalı avtomat, 1 sandıqça və 47 patron aşkar edərək götürüblər.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.