Qazaxıstanın Karaqanda vilayətinin Botakara qəsəbəsindəki yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.
Bu barədə TASS məlumat yayıb.
Fövqəladə Hallar Departamentinin rəhbəri Murat Katpanov bildirib ki, indiyədək dağıntılar altından altı nəfər çıxarılıb. Hələlik iki nəfərin həyatını itirdiyi təsdiqlənib.
Departament rəhbəri əlavə edib ki, hadisə yerində qərargah yaradılıb, insidentin digər təfərrüatı araşdırılır.