Bakıda mişar daşı ilə yüklü avtomobil təxminən beş-altı metr hündürlükdən evin həyətinə aşıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Xətai rayonunda baş verib.
Zeytun küçəsi, ev 97-də yaşayan Ülkən İmanovanın sözlərinə göə, hadisə baş verən vaxt xoşbəxtlikdən evin içində olublar.
Sürücünü isə qonşular bir neçə dəfə yuvarlanan avtomobildən çıxarıblar.
Məlumata görə, o, başından və üzündən xəsarət alıb.
Hadisə yerinə Xətai Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin əməkdaşları baxış keçiriblər.
Ev sahibi Ülkən İmanova bildirib ki, hadisə zamanı onlara xeyli ziyan dəyib.
Qeyd edək ki, faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Ətraflı süjetdə: