Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi Nuray Əmirli vəfat edib.
Bu barədə liseydən məlumat verilib.
"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Zəka qızı Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", - məlumatda bildirilib.
Qeyd edək ki, N.Əmirli leykoz xəstəliyindən əziyyət çəkirdi. Onun ilik nəqli üçün 70 min dollar (120 min manat) məbləğ lazım idi. Telekanallardan birində keçirilən yardım kampaniyası keçirilərək 500 min manat toplanmışdı.