Fevralın 1-də saat 05:01 radələrində Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində baş verən yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb edilib.
Bu barədə Senzor.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, hadisə nəticəsində 3 nəfər hospitalizasiya olunub. Digər qazların toksiki təsiri diaqnozu ilə 1996-cı il təvəllüdlü (qadın cinsli) şəxs Təcili Tibbi Yardım Xəstəxanasına, 2015 və 2018-ci il təvəllüdlü (kişi cinsli) azyaşlılar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
**
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Senzor.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
**09:56
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Senzor.az-a bildirilib ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.