Bakı sakini arvadını öldürdü
QAYNINI VƏ QAYNANASINI YARALADI
Bakıda qadın qətlə yetirilib, qardaşı və anası xəsarət alıb.
 
Senzor.az bildirir ki, bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədovaya, qaynı Heydər Hacıyevə və qaynanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.