
Seqondnya.ua ukraynalı deputat Aleksey Qonçarenkoya istinadən bildirir ki, dəmiryolçular “Sumı-Tovarnaya” stansiyasına zirehli transportyorun daxil olduğunu görüblər. Bu zaman texnikanı idarə edən hərbçilərdən biri onlardan yolu soruşub.
Stansiyanın rəisi Artyom Kiselyov və “Bası” stansiyasının rəisi Ruslan Aristarxov bilərəkdən onları dalana yönləndiriblər.

Qeyd edək ki, bununla yanaşı sosial şəbəkələrdə daha bir maraqlı məqam ortaya çıxıb. Belə ki, yayılan videolardan birində kəndlilərin Rusiyaya məxsus tankı ələ keçirdikləri və onu traktor vasitəsilə çəkib apardıqları müşahidə olunub.