Xəyal Qasımov ailəsi ilə Bakıdan Lənkərana getdi və... ATASIGİLDƏ FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Lənkəran rayonunda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.
 
“Report”un verdiyi xəbərə görə, hadisə Göyşaban kəndində qeydə alınıb.
 
Belə ki, 1986-cı il təvəllüdlü Xəyal Ağacəfər oğlu Qasımov fevralın 27-də Bakıdan ailəsi ilə birlikdə Lənkərana gəlib. Həyat yoldaşı və iki azyaşlı övladını qayınatasıgildə qoyaraq ata evlərinə gedib. Ertəsi gün mərhumun qaynı yeznəsinin gəlmədiyini görərək, onun ata evinə gəlib.
 
Qapının bağlı olduğunu görüb və geri qayıdıb. Daha sonra ailə üzvləri təkrar gəlib və pəncərədən evə daxil olanda onu huşsuz halda aşkarlayıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. X.Qasımovun bir müddət əvvəl keçindiyi məlum olub. Onun dəm qazından öldüyü ehtimal edilir.
 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.