
Senzor.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzil yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.