Ötən gün saat 20:30 radələrində Suraxanı rayonu, Yeni Bahar yaşayış maasivində yol nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan və 161 saylı müntəzəm marşrut xətti üzrə işləyən avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşısına UAZ markalı yük avtomobili çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb.
Bildirilir ki, KİV-də qəza zamanı 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.