
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.