Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.
FHN-dən senzor.az-a daxil olan məlumatda deyilir: "Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Honda” markalı minik və “MAN” markalı betonqarışdıran avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə sıxılı vəziyyətdə “Honda” markalı avtomobildə qalmış 2 nəfəri və “MAN” markalı betonqarışdıran avtomobildə qalmış 1 nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər".
**14:55
Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var.
Senzor.az bildirir ki, bunu jurnalistlərə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, aeroport yolunda hərəkətdə olan betonqarışdıran maşın idarəetmədən çıxaraq "Opel" markalı avtomobilin üzərinə aşıb: "Nəticədə "Opel"də olan şəxslər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub. Qəza zamanı yolda sıxlıq yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir".
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildiriblər ki, daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.