“Azərişıq” ASC-nin Xırdalanda yerləşən yarımstansiyasında yanğın baş verib.
Senzor.az bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınla bağlı Abşeron rayonun və Xırdalan şəhərinin bir çox hissələrində elektrik enerjisinin təchizatı dayandırılıb...
Artıq FHN-in Mətbuat Xidmətindən yarımstansiyada baş verən yanğının söndürüldüyü barədə məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Hazırda müəssisənin mütəxəssisləri tərəfindən elektrik enerjisinin bərpası istiqamətində zəruri işlər aparılır. Bərpa işlərinin günün sonuna tamamlanmayacağı istisna edilmir.