Ötən gecədən başlayan güclü külək Gəncədə fəsadlar törədib.
Senzor.az bildirir ki, şəhərin əsas küçə və prospektlərində ağaclar aşıb, dam örtükləri yararsız hala düşüb.
Güclü külək səbəbindən şəhərin Nizami Gəncəvi prospektində kərpicdən hörülən hasar da aşıb. Nəticədə 1964-cü il təvəllüdlü Hicran Həmis qızı Əhmədova və onun nəvəsi, 2015-ci il təvəllüdlü Həmid İlkin oğlu Hüseynov xəsarət alıblar.
Son məlumata görə, H.Hüseynov müalicə aldığı xəstəxanadan artıq evə buraxılıb. N.Əhmədovanın isə hər iki ayağı sınıb. Onun müalicəsi xəstəxanada davam etdirilir.
Şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Aidiyyəti qurumlar güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçiblər.